"Bakı Metropoliteni"nin mətbuat xidmətinin əməkdaşı vəfat edib

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin poliqrafiya bölməsinin rəisi İlqar Təmayev vəfat edib.

Olaylar.az "Report"a istinadən bildirir ki, İ.Təmayev 53 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Qurumun mətbuat xidmətindən "Report"a fakt təsdiq edilib.

Onun metropolitendə 20 ilə yaxın təcrübəsinin olduğu bildirilir.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31