Baş Prokurorluq Ağdamda mina partlayışı ilə bağlı məlumat yaydı

Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Olaylar.az bildirir ki, Baş Prokurorluğundan verilən məlumata görə, daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi ,lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31