Ağdamda minaya düşənlərin son vəziyyəti açıqlanıb

Ağdamda minaya düşərək xəsarət alan 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Olaylar.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onların hər üçünə aşağı ətrafların və bədənin çox saylı qəlpə yaraları diaqnozu qoyulub. Hər birinə dərhal ilkin tibbi yardım göstərilib. Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi aparılan pasientlərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31