Universitetin 4 tələbəsi suşidən ZƏHƏRLƏNDİ
8 Oktyabr 2022 20:33 SosialBakı Dövlət Universitetinin 4 tələbəsi suşidən zəhərlənib.
Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu Report-un sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.
Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31