Ombudsman 5 illik vəzifə maaşı məbləğində sığorta ediləcək
7 Oktyabr 2022 12:06 SosialAzərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək. "Olaylar" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa təklif edilən dəyişikliklərdə nəzərdə tutulub. Dəyişiklik layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. Qeyd edək ki, müvəkkilin aylıq əmək haqqı 3060 manatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31