2025-ci ildən soydaşlarımızı doğma Ağdam şəhərinə köçürəcəyik - Emin Hüseynov
5 Oktyabr 2022 14:08 Sosial2025-ci ildən soydaşlarımızı doğma Ağdam şəhərinə köçürəcəyik.
Olaylar-az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası PrezidentininQarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, gələn ilin sonuna əsas tikinti layihələri başlayır. "Ümid edirik ki, bu layihələrin hamısı, ən vacib olaraq, şəhərin tarixi-mədəni mərkəzi ilə bağlı tikililər, yaşayış məhəllələri, mədəniyyət müəssisələri, inzibati mərkəz, sosial təsisatlar, uşaq bağçası, parklar, yəni həyat üçün tələb olunan bütün sosial infrastruktur layihələri 2024-cü ilin sonuna qədər tamamlanaraq istifadəyə veriləcək", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31