Baxıcı-dayə xidmətçiləri üçün təlimlər keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi ahıl və əlilliyi olan şəxslərə sosial-məişət xidməti göstərən sosial xidmətçilər üçün təlimlər keçirir. Nazirlikdən "Olaylar"a bildirilib ki, "Baxıcı-dayə xidmətinin təşkili" layihəsi çərçivəsində təşkil olunan təlimlər 28 sentyabr - 25 oktyabr  tarixlərini əhatə edir. Təlimlərdə məqsəd sosial xidmətçilərin bilik və bacarıq səviyyələrini, peşəkarlığını, ahıl və əlilliyi olan şəxslərə göstərilən sosial xidmətlərin keyfiyyətini bu xidmətlərə münasibətdə yeni, müasir yanaşmalar əsasında daha da artırmaqdır.

Ahıl və əlilliyi olan şəxslərə peşəkar, ixtisaslaşmış, müvafiq standartlara uyğun təşkil olunmuş qulluq həm orqanizmin disfunksiyaları ilə bağlı ilkin tibbi yardımı, həm də həyat keyfiyyətinə təsir edən çoxtərəfli digər fəaliyyətləri nəzərdə tutur. Bununla əlaqədar təlimlərdə iştirak edən sosial xidmətçilərə müvafiq bilik və bacarıqlar aşılanır. Təlimlərin sonunda iştirakçılara təlimlərdə iştirak etmələrinə dair sertifikat təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31