Düşmən Avropada Azərbaycanlıların barbarlıgını təbliğ edir, biz isə iki uşaq dalasmasını müzakirə edirik - ÖZƏL

"İki uşaq dalaşıb. Bütün sosial şəbəkələrdə bu müzakirə olunur. Bizim "qlobal" problemimiz bax budur. İki uşağın dalaşmasını müzakirə etmək və məktəbi, valideynləri, müəllimləri, təhsil sistemimizi linc etmək. Güya iki uşağın məktəbdə, küçədə, baxçada, evdə, futbolda dalaşması birinci haldır. Bu günə kimi uşaq dalaşmaları heç vaxt olmayıb". Bunu "Olaylar"a deyən vəkil Rövşən Qasımovun sözlərinə görə, bu gün sizin muzakirənizə bu dalaşmanı salan düşmən qüvvələr Avropada Azərbaycanlıların barbarlıgını təbliğ edir. Biz isə zamanımızı düşməninin sosial  şəbəkələrə atdığı uşaq dalasmasını müzakirəyə sərf edirik: "Biz təkcə erməni ilə döyüşmürük. Biz Avropa ilə, Cənubla, Şimalla vuruşuruq. Gücümüzü, zamanımızı imkanımız daxilində erməni vəhşiliyinin, barbarlıgını dünyaya çatdırmağa sərf edək. Əgər bu gün biz cılız hadisələri müzakirə edəcəyiksə, inan ki, çox keçməz məktəbdə dalaşmağa nə uşaqlar olacaq, nə məktəblər, nədəki Vətən. Birlikdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bacardığımımızı edək. Çünki bunu kimsə bizim əvəzimizə etməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31