Hərracda 14 dövlət əmlakı satılıb - ÖZƏL
5 Oktyabr 2022 11:39 Sosialİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 4-də növbəti hərrac keçirilib. Hərracda 1 obyekt, 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Xidmətdən "Olaylar"a bildirilib ki, özəlləşdirilən obyekt Ağsu rayonunda yerləşən qeyri-yaşayış binasıdır. Nəqliyyat vasitələrinin hərracına maraq böyük olub və bəzi avtomobillər rəqabətli şəkildə satılıb. Satılan avtomobillər əsasən Rusiya istehsalıdır və buraxılış tarixi 1995-2013 illər arasında dəyişir. Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/sKmjK) Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 11, 18, 25 oktyabr tarixlərində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31