Məzarlıqlarla bağlı Təhqiqat Komssiyasına ehtiyac var - ÖZƏL

Məlum olduğu kimi Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib.Məzarlıqda 12 nəfərə aid qalıqlar aşkarlanıb. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Bundan başqa aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli "Olaylar"a bildirib ki, Xocavənddə  aşkarlanan bu məzarlıq ciddi tədqiq olunmalıdır:  "Ümumiyyətlə, bu məzarliqlarla bağlı  Təhqiqat Komssiyasına  ehtiyac var.  Erməni vəhşiliyini  bir daha əyani sübutlarla  təsdiq edəcək  faktların geniş ictimaiyyətə çatdırılması prosesi genişlənməlidir. Bütün bu faktlar onu bir daha sübut edir ki, soyqırım tarixi daha dərindən. sistemli şəkildə öyrənməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31