Supermarketləri idarə edən şəxslərə xəbər göndərdim ki, kasıbların cibinə girmə, Allahsızlıq etmə - DEPUTAT - ÖZƏL

"Mən bir millət vəkili, Azərbaycan vətəndaşı kimi insanların mənafeyini güdürəm. İstehlakçılara çatdırıram ki, bəzi supermarketlərdə aldanmasınlar. Eyni zamanda bəzi supermarketlər fırıldaqçılıqla məşğul olmasınlar. İnsanlara əziyyət verməsinlər". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Rüfət Quliyev bir neçə gün əvvəl parlamentin komitə iclasındakı çıxışına cəmiyyətin bəzi nümayəndələri tərəfindən sərgilənən etiraz dolu fikirlərə münasibət bildirərkən qeyd edib. Millət vəkili deyib ki, bir neçə dəfə supermarketlərdə anoloji hallarla rastlaşıb: "Şəxsən mən marketdə bazarlıq edib kassaya yaxınlaşarkən görəndə ki, hansısa məhsula görə kassada artıq pul hedablanır, əsəbləşirəm. Dəfələrlə belə hallar olub. O zaman rəhbərliyi dəvət etmişəm, məsələyə aydınlıq gətirilməsini istəmişəm. Düzdür, belə hallarda vaxtım getsə, əsəblərim pozulsa da, ancaq haqqımı tələb etmişəm. Ancaq bəzi insanlar mənim həmin fikirlərimi yalnış anladı. Nə yaxşı ki, 90 faiz insanlar isə məni düzgün başa düşdülər. Elələri də var ki, məsələnin mahiyyətini kənarda qoyaraq Rüfət Quliyevin nə üçün bakkuşdan danışdığını, nə üçün yetim-yesir ifadəsi işlətdiyimi irad tutdu.  Burada məntiq ondan ibarətdir ki, mən insanlara, xüsusilə də supermarketləri idarə edən şəxslərə xəbər göndərdim ki, kasıbların cibinə girmə, Allahsızlıq etmə. İnsanları aldatma. Piştaxtadan kassaya qədər olan məsafədə gömrük, yaxud vergi postu var ki, o qısa məsafədə qiymət fərqi qeydə alınır. Bunun adı yalnız fırıldaqçılıqdır. Ona görə də belə hallara qarşı həmişə mübarizə aparmışam".

Qeyd edək ki, deputat Rüfət Quliyev Milli Məclisin komitə iclasında çıxışı zamanı supermarketdən bakuş alarkən piştaxta üzərində olan qiymətlə, kassada malın qiymətinin hesablanması arasında ciddi fərq qeydə alındığını problem olaraq bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31