“Bu məsələdə həm valideynlər, həm də məktəblər ciddi məsuliyyət daşıyırlar” - Deputat
4 Oktyabr 2022 12:17 Sosial"112 saylı məktəbdə şagirdlər arasında baş verən xoşagəlməz hadisə həm də ciddi mesajdır. Bu kimi hadisələr ciddi araşdırılmalı, cəza tədbirləri görülməlidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bu həm də şagirdlər arasında aqressiyanın artdığını göstərir: "Bu məsələdə həm valideynlər həm də məktəblər ciddi məsuliyyət daşıyırlar. Bu suallara cavab axtarılmalı, aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Nə üçün uşaqlar bu qədər aqressivdirlər? Nə üçün ətrafda olan o qədər şagird həmin xoşagəlməz vəziyyətə heç bir reaksiya vermədilər? Bu biganəliyin səbəbi nədir? Sinif rəhbərləri və məktəb direktorları siniflərdə gedən proses və xoşagəlməz hadisələrdən nə qədər məlumatlıdırlar? Əgər indi bu suallara cavab axtarmasaq və ciddi tədbirlər görməsək gələcəkdə bu kimi hallar daha da artacaq. Övladlarımıza nəzarət edək, onllara vaxt ayıraq, düzgün tərbiyə verək".