Bəzi məktəb yaxınlığında narkotik maddələrin satışı aşkara çıxır - ÖZƏL

"Məktəblərdə baş verən bu cür xoşagəlməz hadisələrə "olan şeydi" deyib keçmək gələcəkdə bizi böyük faciələrə gətirib çıxardacaq. Həyacan təbili çalınmalı və məktəb direktorları, məktəbin səlahiyyətli şəxsləri əziyyət çəkib mütamadi olaraq siniflərə hər gün baş çəkməlidir". 

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Ramiz Alıyev səsləndirib. O bildirib ki, bizim bu qədər şəhid və qazi övladlarımız var, bəlkə hansısa harınlamış bir ailənin uşağı elə onlara qarşı edəcək bu tərbiyəsizliyi:

"Onda həmin məktəbin səlahiyyətli şəxsləri nə cavab verəcək öz vicdanları qarşısında?! Əlbətdə ki, əgər o da varsa! Bəzi məktəb yaxınlığında narkotik maddələrin satışı aşkara çıxır, siniflərdə bu və digər xoşagəlməz hadisələr baş verir və s. Belə çıxır ki, məktəblərimizdə təhsillə bərabər hər cür qanunsuzluğa da şərait yaradılır?".
Ramiz Alıyev onu da deyib ki, hər sinifə polis qoymaq mümkün deyil, ancaq bütün məktəblər müqavilə əsasında DİN-in mühafizə idarəsi ilə əməkdaşlıq etməlidir və hər məktəbin mühafizəsi polisə həvalə olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31