Daşkəsəndə təxribat məqsədilə basdırılan minalar zərərsizləşdirilib - FOTO
4 Oktyabr 2022 12:01 SosialDaşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31