“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən düzəlişlər insanların rifahı üçündür - Deputat - ÖZƏL

Bu günlərdə Milli Məclisinin Əmək və Sosial Sİyasət komitəsində "Əmək pensiyaları haqqında" Qanuna təklif edilən düzəlişlər müzakirə edilib. Bəziləri sözügedən qanuna təklif edilən düzəlişlərin pensiya alanların maraqlarına uyğun olmadığını iddia etsə də, Milli Məclisin deputatı Rüfət Quliyev isə tamamilə fərqli düşünür və bildirir ki, qanuna təklif edilən düzəlişlər pensiya alanlar üçün səmərəlidir. "OLAYLAR"-a verdiyi açıqlamada millət vəkili qeyd edib ki, bu əsasən hərbi xidmətdə olan, dövlət qurumlarında işləyən şəxslər üçün daha daha məqbuldur: "Hərbiçi ay ərzində əmək haqqı ilə yanaşı paltar, yemək pulu və s. də alırdı. Nəticə etibarilə onun aylıq əmək haqqı gəlib təxminən 2500 manata çatırdı. Təqaüdə çıxanda isə ona 1000 manat pensiya təyin edilərkən razılaşmır, elə 2500 manat pensiya kəsilməli olduğunu deyir. Əslində isə onun pemsiyası 1000 manat da müəyyən edilməlidir. Çünki yerdə qalan fəaliyyətləri artıq təqaüd dövründə baş vermir və ona görə də haqlı olaraq yemək, paltar pulu pensiyaya əlavə olunmur. Çünki pensiya vaxtında nə ezamiyyətə gedirsən, nə də hərbi forma dəyişmirsən. Ona görə də gələcəkdə pensiyanı indeksasiya etmək və asanlaşdırmaqla əlaqədar qanuna düzəlişlər təklif edilib".

Millət vəkili deyib ki, pensiya təyinatı zamanı hər sahənin özünün müəyyən hesablamaları vardı ki, o da çətinliklırə gətirib çıxarırdı: "Bu gün isə ümumi, milli, eyni zamanda iqtisadi yöndə hesablamalar olacaq. Ümumiyyətlə, bir şeyi bilmək lazımdır ki, insanların maddi  vəziyyətinin pisləşməsinə xidmət edən heç bir qanun qəbul edilə bilməz. Atılan addımlar, edilən dəyişikliklər yalnız və yalnız insanların rifahı üçündür. İnsanlar bunu nəzərə almalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31