Bakıda şadlıq sarayında faciəvi hadisə - Ölən var
3 Oktyabr 2022 13:02 SosialBakıda şadlıq sarayında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Xətai rayonu Babək prospektində yerləşən "Şahzadə" şadlıq sarayında keçirilən toyda qonaq olan 1964-cü il təvəllüdlü Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.
Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31