Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
2 Oktyabr 2022 17:01 SosialOktyabrın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1140 doza vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 660, ikinci doza vaksinlərin sayı 165, üç və daha çox doza vaksinlərin sayı 265, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 50-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 892 min 609, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 383 min 140, ikinci mərhələ üzrə 4 milyon 867 min 821, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 379 min 802, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 261 min 846-dır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31