Vətən müharibəsi şəhidləri RamalMəmmədov və Pərviz Məmmədovunanım günləri qeyd olunub - FOTO
1 Oktyabr 2022 13:32 Sosial01 oktyabr 2022-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində
Vətən müharibəsi şəhidləri Ramal Məmmədov və Pərviz Məmmədovun anım
günləri qeyd olunub.
Anım mərasimində Qaradağ* Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov, şəhidlərin ailə üzvləri, Milli Məclisin deputatları Aydın Hüseynov və
Səbinə Xasıyeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev və rayon
icra hakimiyyətinin məsul nümayəndələri iştirak ediblər.
Şəhid Ramal Məhəmməd oğlu Məmmədov* 01 yanvar 2000-cı il tarixində
Gəncə şəhərində anadan olmuşdur. Xocavənd və Füzuli rayonu uğrunda gedən
döyüşlərdə qəhrəmancasına iştrak etmiş, böyük şücayət göstərmişdir. Ramal
Məmmədov 2020-ci il oktyabrın 1-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid olmuşdur.
Şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlu 09 avqust 1989-cu il tarixində
Tovuz rayonu Çeşməli kəndində anadan olmuşdur. Pərviz Məmmədov 2020-ci il
sentyabrın 30-da Füzuli uğrunda döyüşlər zamanı şəhid olub.
Hər iki şəhid Qaradağ rayonu Lökbatan qəsəbəsində şəhidlər xiyabanında
dəfin olunmuşdur.
Şəhidlər ölməz, Vətən bölünməz! Allah Şəhidlərimizə rəhmət eləsin!







