Vəkil Sənan Əhmədova hüquqi yardım göstərməyə hazır olduğunu bilduirib - ÖZƏL
30 Sentyabr 2022 14:13 SosialVəkil Rövşən Qasımov şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova hüquqi yardım göstərməyə hazır olduğunu bilduirib. Bu barədə "Olaylar"a R.Qasımov özü bildirib. Qeyd edib ki, ermənistanın sentyabrın 12-13-də törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan şəhid qardaşımız Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovu tanıyan və əlaqəsi olan varsa mənimlə əlaqə saxlanmasına vəstəçi olun: "Şəhid qardaşımızın qardaşının hər hansı hüquqi problemləri varsa aydınlaşdırıb ona hüquqi yardım etməyi Azərbaycan Vəkili olaraq özümə namus borcu bilirəm. Hüquqi yardım üçün heç bir ödəniş tələb olunmur. Bütün hüquqi xidmətlərə görə xərclər tərəfimdən qarşılanacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31