40 kiçik dövlət müəssisə hərraca çıxarılacaq - ÖZƏL
30 Sentyabr 2022 13:53 Sosialİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək növbəti hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 40 kiçik dövlət müəssisə və obyekti, 130 nəqliyyat vasitəsi çıxarılacaq. Xidmətdən "Olaylar"a verilən məlumata görə, növbəti hərraclar 4, 11,18, 25 oktyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, sonuncu hərracda 13 nəqliyyat vasitəsi satılıb. Nəqliyyat vasitələrinə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 3 250 manata olan "Subaru Forester" markalı avtomobilə edilən ən son təklif 9 950 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Rusiya istehsalı olan avtomobillərdir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31