Alimentlərlə bağlı müraciətllərin sayı artıb

"Hər bir deputata ailə məsələləri ailə bağlı daxil olan müraciətlərin əksəriyyəti alimentin ödənilməməsi ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O qeyd edib ki, məsələ hansısa şəkildə həll edilməlidir:"Aliment fondu olmalıdır ki, alimenti dövlət şəxsin əvəzinə versin. Sonra isə həmin şəxs tapılsın və dövlətə borcunu ödəsin. Mən xahiş edirəm ki, aidiyyəti komitələr vətəndaşın aliment hüququnun tam şəkildə yerinə yetirilməsi haqqında işləri nəzarətə alsınlar. Bir adamın imkanı olsa, heç aliment istəməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31