Əli Mirəliyevin hamıdan gizlətdiyi həyat yoldaşı - FOTOLAR
29 Sentyabr 2022 10:44 SosialMüğənni Əli Mirəliyev "Zaurla Günaydın" proqramına həyat yoldaşı və qızı Samirə ilə birlikdə qatılıb.
İfaçı xanımın xərçəngdən əziyyət çəkdiyini deyib. Ə.Mirəliyevin xanımı isə uzun müddətdir müalicə aldığını söyləyib:
"Xəsətlənmişdim, həkim məni dünyaya qaytardı. Saçlarım indi yerinə gəlir. Bir onu deyirdim ki, Allah məni övladlarıma bağışlasın. 1 il 3 ay davam etdi. Təkcə qızım bilirdi dərdimi, stress keçirdi. Mənimlə bərabər qızım çəkdi dərdi. Adi su içə bilmirdim. 3 aydır hər şeydən qurtarmışam. Kimya, radioterapiyam bitdi. Ölmədim, öhdəsindən gəldim".
Qeyd edək ki, Ə.Mirəliyevin həyat yoldaşı mərhum Xalq artisti İlhamə Quliyevanın dayısı qızıdır.

axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31