"Moşu" obrazı ilə tanınan Xalq artisti: "Hamısı boş şeydi, mənim yaradıcılığım var?"
29 Sentyabr 2022 10:30 SosialDaha çox "Moşu" obrazıyla yaddaşlarda qalmış Xalq artisti Valeh Kərimov onunla əlaqə saxlamaq istəyən jurnalistlə danışmaq istəməyib.
Görünür Xalq artistinin sənətdən möhkəm qəlbi qırılıb ki, danışmaq istəməyib, Lent.az-a bir neçə kəlmə deyərək kifayətlənib:
"Nədən danışacağıq? Mənim yaradıcılığım var? Nə danışmaq istəmirəm, nə də görünmək".
Sənət adamları diqqət istəyir, kövrək olur. Xalq artistini dilə tutmağa çalışdım. "Valeh bəy, elə bir tək Moşu obrazınız yetərlidir, o sizin vizit kartınız olub" deyilsə də, aktyor "əşşi, hamısı boş şey imiş" cavabını verib.
BiG.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31