Gəncə terrorunda qan içində gülümsəyən balaca Bəxtiyarın yeni FOTOSU

2020-ci il Gəncə terrorunda yaralanan 5 yaşlı Bəxtiyarın yeni fotosu yayılıb.

Balaca Bəxtiyarın yeni şəklini "Azad Azərbaycan" televiziyasının əməkdaşı Səadət Məmmədova paylaşıb. Onun yeni fotosu görənlərin marağına səbəb olub.

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Ermənistan Silahlı Qüvvələri Gəncənin Ələkbər bəy Rəfibəyli küçəsində yaşayış binasına raket zərbəsi endirdilər. Nəticədə 10 nəfər həlak oldu, 30-dan çoxu isə yaralandı.

Faciə yerindən dünyaya terrorla bağlı görüntülər yayıldığı vaxtda sifəti qan içində olan 5 yaşlı balaca Bəxtiyarın təbəssümü gündəm oldu.

Gəncənin balaca qəhrəmanı Bəxtiyar Heydərli artıq 7 yaşındadır.

Lent.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31