Polad Həşimovun anası sökülən Türkiyə bayrağını gecə ilə yerinə asdırdı - VİDEO
28 Sentyabr 2022 14:54 Sosial"27 sentyabr Anım günü münasibətilə 2-ci Fəxri Xiyabanda şəhidlərimizi ziyarət etdik. Bəlkə də çoxları fikir vermədi. Şəhid məzarlarının üstündəki Türkiyə bayraqları kimlərinsə tərəfindən çıxarılıb. Yalnız general Polad Həşimovun məzarında Türkiyə bayrağı qalır".
Bu sözləri şəhid-mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.
O bildirib ki, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım gecə ilə sökülən bayrağı yerinə asdırıb: "Nə qədər canımızda can var, Azərbaycan-Türkiyə bayraqları yan-yana dalğalanacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31