Bir ildə 425 məktəbli uşaq dünyaya gətirib
28 Sentyabr 2022 12:43 SosialAzərbaycanda 2021-ci ildə 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb. "Olaylar" Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə əsasən xəbər verir ki, ötən il 20 yaşadək analar tərəfindən doğulan uşaqların ümumi sayı 9476 nəfər olub. Onlardan 84 nəfəri 16 yaşa qədər olan analar, 341 nəfəri 16 yaşlı analar (ümumilikdə 425 nəfər), 1225 nəfəri 17 yaşlı olan analar, 2972 nəfəri 18 yaşlı analar, 4854 nəfəri 19 yaşlı analar tərfindən doğulanlardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31