Metroda soyğunçu saxlanıb

Metroda oğurluq və soyğunçuluq əməlləri törətməkdə şübhəli bilinən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilərək saxlanılıb. DİN-dən "Olaylar-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə Lerik rayon sakini L.Şabanlının, Göyçay rayon sakini A.Yəhyalının ciblərindən mobil telefonlarının oğurlanması, Şəki rayon sakini E.Əhmədlinin isə mobil telefonununun soyğunçuluq yolu ilə talanması barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları və soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mahir Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31