Hüquqşünas: “Bu şəxslər hüquq və qanun anlayışlarını da bir-birindən ayıra bilmirlər” - ÖZƏL

"Bəzi Dövlət xidmətində vəzifədə olan və sonradan hüquq təhsili alan şəxslər xidmətin bu sahə üzrə ən savadsız adamlarıdır. Bu məsələ Azərbaycanda çox ciddi məsələdir". Bu fikirləri "OLAYLAR"-a hüquqşünas Əli İbrahimov səsləndirib. Onun sözlərinə görə, əgər şəxs ilk təhsil olaraq texniki təhsil və ya digər ixtisas üzrə ali məktəbi bitirirsə, sonradan onun başqa bir sahə üzrə ali təhsil alması heç bir effekt vermir: "Yəni həmin şəxsin ikinci təhsil aldığı sahə üzrə peşəkarlıq əldə etməsinə dəlalət etmir. Məsələn, Azərbaycanda hüquq təhsili alan şəxsin nadir hallarda görə bilərsiniz ki, gedib ikinci peşə kimi texniki peşəsinə yiyələnsin. Amma mən sizə çoxlu sayda texniki peşəsinə yiyələnmiş şəxslər göstərə bilərəm ki, onlar sonradan hüquq təhsili alıblar və hüquqşünas kimi fəaliyyət göstərməyə başlayırlar. Bunun isə bir neçə səbəbi var. Mühəndis və digər ixtisas üzrə gözəl bir peşəyə yiyələnmiş şəxs sonradan öz marağını təmin etmək məqsədi ilə qiyabi hüquq təhsili alır, hüquq sahəsində vəzifələrdə çalışırlar, lakin onlar Azərbaycan cəmiyyətində bu sahə üzrə ən savadsız adamlardı, bu şəxslər hüquq və qanun anlayışlarını da bir-birindən ayıra bilmirlər. Müəllimlər həmişə bizə deyirdilər ki, bu savadsız tələbələri qoruyun, onlar sizin rəhbəriniz olacaq. Biz həmişə müəllimlərin bu sözünə gülürdük. Elə bilirdik ki, lağ edirlər. Cavan idik, həyatı yaxşı dərk etmirdik. Amma onların dediyi kimi də oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31