İctimai nəqliyyatdan istifadə edənlərin sayı artıb
27 Sentyabr 2022 13:37 Sosial2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 24,9 milyon sərnişinə xidmət göstəriblər.
Dövlət Statistika Komitəsindən Olaylar.az-a verilən məlumata görə, sərnişinlərin 87,1 faizi
avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 892,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,0 faiz artım qeydə alınıb.
Sərnişinlərin 94,1 faizi avtobus, 5,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib, sərnişin dövriyyəsi isə 24,3 faiz artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31