Tarix-mədəniyyət abidələrinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib - ÖZƏL

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda yerləşən tarix-mədəniyyət abidələrinə həsr olunmuş rəsm müsabiqəsi təşkil olunub.

"OLAYLAR"-a Xidmətdən bildirilib ki, 22 məktəblinin iştirak etdiyi müsabiqə iştirakçılarına hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, Ağdaş rayonun dövlət qeydiyyatına götürülmüş 12 memarlıq, 2 bağ-park, monumental, 1 arxeoloji olmaqla ümumilikdə 15 tarix mədəniyyət-abidəsi vardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31