Azərbaycanda AĞIR QƏZA: 20-yə yaxın şəxs xəsarət aldı
26 Sentyabr 2022 11:38 SosialAğstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxşın şəxs xəsarət alıb.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, magistral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə "QAZel" markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
Onlar xəstəxanaya çatdırılıb, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31