Şəhid Anarın anası vəfat etdi
26 Sentyabr 2022 10:36 SosialAzərbaycan Ordusunun avqust ayında şəhid olan əsgəri Kazımov Anar Rüstəm oğlunun anası Alıyeva Səyyarə Murtuzalı qızı vəfat edib.
Şəmkir rayon İcra Hakimiyyətindən Olaylar.az-a bildirilib ki, Alıyeva Səyyarə ötən gün Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada əməliyyat olub. Əməliyyatdan bir neçə saat sonra onun vəziyyəti pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, Anar Kazımov 16.02.2004-cü ildə rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Avqustun 3-ü şəhid olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31