"Tam məhdudlaşdırmadan söhbət getmir" - Bəxtiyar Məmmədov
23 Sentyabr 2022 19:13 Sosial"Elmlər Akademiyası" metro stansiyasında sərnişin axınının çoxluğunu nəzərə alaraq, tənzimlənmə mexanizmləri sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir".
Olaylar.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Bəzi şayiələr yayılır ki, guya stansiyanın girişi tam bağlanılıb, içəri adam buraxılmır. Belə bir hal yoxdur. Tam məhdudlaşdırmadan söhbət getmir", - B. Məmmədov deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31