Qanunsuz fəaliyyət göstərən 4 kömür quyusu aşkar olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı İsmayıllı rayonu, Tağlabiyan kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qanunsuz yolla ağac kömürü istehsal edən 4 ocaqxana və kömür quyusu aşkar olunub. "Olaylar"ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aşkar olunan kömür quyuları ləğv edilib və təqsirkar şəxslərin müəyyən olunması üçün toplanmış sənədlər İsmayıllı Rayon Polis Şöbəsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31