"Sizə də ziyandır, bizə də..." - FOTO

Olaylar.az bildirir ki, "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı "Facebook" sosial hesabında maraqlı paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

"Levi" işlədilən su ilə qüsul almaq olarmı? videosunu mənə yüzlərlə dost, həmkar göndərib.

Deməli 2013-cü il idi, departamentimizin ağsaqqal əməkdaşı Vəliyyədin müəllim şikayətə gələn mömin bir insanı qəbul edir. Şikayətçi artıq borc yazıldığını və onun silinməsini israrla tələb edir. Vəliyyədin müəllim də abonent koduna uyğun bazaya baxır və məlum olur ki, möminə artıq heç nə yazılmayıb, üstəlik onun xeyli borcu var, heç vaxt da işlətdiyi suya görə ödəniş etməyib (2011-ci ilin fevralına qədər yığılmış borc Prezident fərmanına uyğun olaraq sıfırlanıb).

Gözünə döndüyüm Vəliyyədin müəllim şikayətçiyə deyir ki, iddia etdiyin artıq yazılan borcu mən öz cibimdən bağlayaram, bəs qıldığın namazların qüsulunu aldığın suyun pulunu kim ödəyəcək?

Deyir ağsaqqal qıpqırmız qızardı, durdu ayağa və sağollaşmadan çıxıb getdi. 2 gün sonra borcunu bağladı. Yazdım biləsiniz, belə də olur...

P.S. Kimliyindən asılı olmayaraq borcu ödəməmək heç yaxşı iş deyil. Sizə də ziyandır, bizə də...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31