Qazaxda iki uşağı ildırım vurdu, biri öldü

Qazaxda iki uşağı ildırım vurub.

Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:

"2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır".

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31