Odlar Yurdu Universitetinin bufetində stullar yığışdırılıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Qeyd edilib ki, bufetdə qalan stullar yalnız müəllimlər üçün nəzərdə tutulub. Səbəb kimi isə "tələbələr bufetdə çox vaxt keçirir" deyə göstərilir.