Brakonyer nazirlik əməkdaşlarının olduğu qayığı yandırdı
20 Sentyabr 2022 13:51 SosialDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu barədə "Olaylar"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirliyin xidmət rəisi Hikmət Əlizadə bildirib ki, brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb: "Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31