Ağstafa rayonunda qaz kəsiləcək - ÖZƏL

"Qaz İxrac" İdarəsinə məxsus "Qaradağ-Tbilisi" yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar, 21.09.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək "Ağstafa" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31