Xırdalanda narkotik qəbul edən iki gənc öldü
20 Sentyabr 2022 12:23 SosialXırdalanda son günlərdə 2 nəfər narkotik vasitənin təsirindən ölüb.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, Xırdalan şəhəri "Mexkalon" yaşayış massivində 33 yaşlı V.Əsədov qəbul etdiyi narkotikin təsirindən vəfat edib.
Bundan 3 gün əvvəl isə Xırdalan şəhərinin Ş.Qurbanov küçəsində 1996-cı il təvəllüdlü R.Nəsirov narkotik vasitənin təsiri nəticəsində həyatını itirib.
Hər iki ölüm faktı ilə əlaqədar araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31