Şəhid Səbuhi Əhmədovun qardaşı ilə DİALOQU YAYILDI - FOTO
20 Sentyabr 2022 11:46 SosialErmənistanın təxribatları nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla "WhatsApp" yazışması ortaya çıxıb.
Olaylar.az Bizim.Media-ya istinadən xəbər verir ki, yazışma "Telegram" kanallarında yayılıb.
Yazışmalarda Səbuhi qardaşına hər şeyin yaxşı olduğunu və ailəsini çox sevdiyini deyir.
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Nəticədə Azərbaycan Ordusundan 80 hərbçisi şəhid olub.
Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31