İstehlaka yararsız qənnadı məmulatları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qənnadı məmulatlarını məhv edib.

AQTA-dan "OLAYLAR"-a verilən məlumata görə, fiziki şəxs Məmmədova Sevinc Nuhbala qızının Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 300 kq qənnadı məmulatları "Təhlükəli Tullantılar" MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31