Vətən müharibəsi qazisi Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Elnur Səmədov dünyasını dəyişib.

Olaylar.az xəbər verir ki, bu barədə Oxu.az-a onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında vəfat edib.

Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu. 

Qeyd edək ki, E. Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31