Avtovağzalın yaxınlığında dəhşətli "Prius qəzası" - Sürücü və sərnişin öldü - VİDEO

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.

Olaylar.az   bildirir ki, hadisə bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Tayota Prius" markalı avtomobil ağır tonnajlı maşına çarpılıb. Nəticədə "Tayota Prius" markalı avtomobilin sürücüsü və sərnişini ölüb. Bunlar "Toyota Prius" markalı avtomobilinin sürücüsü Nəbiyev Anar Eldar oğlu və onun sərnişini Məmmədova Mahirə Mahir qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31