Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
16 Sentyabr 2022 18:37 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 234 yeni yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 819 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 433 nəfər müalicə olunaraq sağalıb, 9 881 nəfər vəfat edib, aktiv xəstə sayı 1 810 nəfərdir.
Ölkədə son sutka ərzində 2 929, hazırkı dövrədək isə 7 209 734 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31