Şəhid Polad Şirinov II Fəxri xiyabanda dəfn edildi - FOTO

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan daha bir hərbi qulluqçumuz Polad Şirinovun nəşi Bakıya gətirilib.

Olaylar.az bildirir ki, Polad Şirinovla əvvəlcə Bakının Nəsimi rayonunda yaşadığı evədə vida mərasimi keçirilib. Daha sonra onun cənazəsi dəfn edilmək üçün II Fəxri xiyabana gətirilib və orada dəfn edilib.

20 yaşlı şəhidimiz Şirinov Polad Seyran oğlu əslən Yardımlı rayonundandır.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin son üç gün ərzində törətdiyi təxribatlar nəticəsində ordumuzun 71 hərbçisi şəhid olub.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31