Ukraynalı müğənni Ermənistana dəstək oldu - Bakıdakı konserti ləğv edildi

Məşhur ukraynalı ifaçı Maks Barskinin dekabrın 10-da Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konserti ləğv edilib. Olaylar.az xəbər verir ki, bir neçə saat əvvəl ukraynalı müğənni öz "Instagram" hesabında "Hekayələr" bölümündə erməni jurnalist Mher Bagdasaryanın "Ermənistanın hücuma məruz qaldığı" barədə həqiqətə uyğun olmayan məlumatını paylaşıb. Məşhur sənətçinin bu paylaşımı sosial şəbəkələrin azərbaycanlı istifadəçilərinin haqlı hiddətinə səbəb olub, öz nəşrlərində konsertin ləğvini və M.Barskixin 50 oğlu şəhid olmuş Azərbaycan xalqından üzr istəməsini tələb edib. 1news.az konsertin təşkilatçısı M.Barskixlə əlaqə saxlayıb və ona Bakıdakı çıxışının ləğvi barədə məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31