Şəhid Ravil Hümbətov II Fəxri Xiyabanda dəfn edilib - FOTO

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan leytenant Ravil Hümbətovun nəşi Bakıya gətirilib.

Olaylar.az bildirir ki, şəhidin nəşi öncə Yasamal rayonunda yaşadığı evə gətirilib. Orada vida mərasimi keçirilib. Daha sonra onun cənazəsi dəfn edilmək üçün II Fəxri Xiyabana gətirilib.

Əslən Cəbrayıl rayonunun Yarəhmədli kəndindən olan, 1987-ci il təvəllüdlü leytenant Ravil Mübariz oğlu Hümbətov ailəlidir, iki azyaşlı övladı var.

Nəşi ll Fəxri Xiyabana gətirilən şəhid leytenant Ravil Hümbətov torpağa tapşırılıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31