3.300 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub - ÖZƏL
14 Sentyabr 2022 13:02 SosialBu günədək 3.300 nəfərə yaxın şəxs ədliyyə orqanlarına qulluğa qəbul olunub. Onlar nazirlik üzrə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, peşəkar inkişafları və layiqli dövlət qulluqçusu kimi formalaşmaları təmin olunur, keçən müddətdə 230-dan çox hazırlıqlı ədliyyə işçiləri ali və digər dövlət orqanlarında məsul vəzifələrə irəli çəkiliblər, hakim adına layiq görülüblər. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, hazırda çoxminli əməkdaşların təxminən yarısını gənclər, nazirliyin bir çox xidmətlərinin kadr korpusunun 70 faizə qədərini isə qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri təşkil edir. Bu günlərdə isə ədliyyə orqanlarında stajorluq və sınaq müddətini uğurla başa vurmuş şəxslərin daimi qulluğa, Penitensiar xidmətdə kiçik rəis heyətində çalışaraq fərqlənən növbəti bir qrup əməkdaşların orta rəis heyəti (zabit) vəzifələrinə, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin builki məzunlarının işə təyinatları aparılıb.