Şəhid Emin Fərzəliyev Ağcabədidə dəfn olundu - FOTO
14 Sentyabr 2022 12:20 SosialŞəhid Fərzəliyev Emin Elnur oğlu Ağcabədidə dəfn olunub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Ağcabədi rayon sakini,1998 -ci il təvəllüdlü Əsgər Fərzəliyev Emin Elnur oğlu Ağcabədi rayon şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31